Azərbaycanda heyvandarlıq və balıqçılıq üzrə yeni subsidiyalar tətbiq ediləcək

İqtisadiyyat Materials 7 Sentyabr 2026 10:28 (UTC +04:00)
Azərbaycanda heyvandarlıq və balıqçılıq üzrə yeni subsidiyalar tətbiq ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda heyvandarlıq və balıqçılıq sahələrində bir sıra yeni subsidiya mexanizmləri tətbiq olunacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyası 2 000 manat/ton, çəkikimilər və naxakimilər üzrə isə 600 manat/ton müəyyən edilib. Bununla da balıqçılıq sahəsində ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq.

Heyvandarlıq sahəsində isə 1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1 500 manat/baş, ətlik cinslər üzrə 1 000 manat/baş subsidiya veriləcək.

Bundan başqa, süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya nəzərdə tutulub. Süd kooperativlər vasitəsilə təhvil verildikdə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq.

Milli at cinslərinin qorunması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına da illik subsidiya veriləcək. Subsidiya 2 yaşadək dayçalar üçün 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlar üçün 800 manat/baş, damazlıq ayğırlar üçün isə 1 000 manat/baş təşkil edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramı 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar dəyər zəncirlərinin inkişafını, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsini nəzərdə tutur.

Proqramın əsas məqsədlərindən biri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyini artırmaq, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidi sürətləndirmək və bununla ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirməkdir.

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti