Problem davam etdikcə, Hörmüz boğazının təhlükəsizliyindən danışmaq olmaz – Bəqai

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 12:55 (UTC +04:00)
Problem davam etdikcə, Hörmüz boğazının təhlükəsizliyindən danışmaq olmaz – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazında vəziyyət ABŞ və İsrailin İrana hərbi hücumları nəticəsində və Fars körfəzinin cənubunda yerləşən ölkələrin ərazisindən sui-istifadə etməsinə görə problemlə üzləşib.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (7 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Bu vəziyyət və problem davam etdikcə Hörmüz boğazının təhlükəsiz olmasından danışmaq olmaz. Hörmüz boğazında problem ABŞ-nin addımları nəticəsində yaranıb”, -deyə o qeyd edib.

Bəqai bildirib ki, bu vəziyyət hələ də davam edir. Hazırda da dəniz blokadası, iqtisadi müharibə və İranın ticarət gəmilərinə hücumla problem davam etməkdədir.

“İranın mövqeyi aydındır. İran diplomatik prosesə daxil olduğu, anlaşma memorandumu üzrə razılıq əldə edildiyi vaxtdan İran öz mövqeyini İslamabad anlaşma memorandumunda qeyd edib. Lakin ABŞ tərəfi bu anlaşma memorandumunun imzalanmasından 22-23 gün sonra bütün öhdəliklərini yerinə yetirməkdən imtina edib. Bu baxımdan uzun müddətdir ki, top ABŞ-nin meydanındadır. Çünki hərbi hücumu başladan və öz imzaladığı memorandumu yerinə yetirməyən tərəf ABŞ-dir”, -deyə o bildirib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti