Uitkoff Ukrayna üzrə yeni üçtərəfli görüşün tezliklə elan olunacağına ümid edir

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 00:49 (UTC +04:00)
Uitkoff Ukrayna üzrə yeni üçtərəfli görüşün tezliklə elan olunacağına ümid edir
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna böhranının nizamlanması üzrə Moskva, Vaşinqton və Kiyevin nümayəndələri arasında yeni üçtərəfli danışıqlar raundunun keçirilməsi barədə elan yaxın vaxtlarda verilə bilər.

ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff buna ümid etdiyini bildirib.

“Prezident Zelenskinin üçtərəfli görüşdən danışdığını eşitmisiniz. Ümid edirik ki, bu görüş barədə yaxın zamanda elan veriləcək”, – deyə o, Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

Uitkoff qeyd edib ki, ABŞ nümayəndə heyəti Ukrayna probleminin həlli yollarının axtarışını “daha da dərinləşdirib”. O əlavə edib ki, sülh yolu ilə nizamlanma üçün “bütün zəruri elementlər mövcuddur”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti