"Almaniya üçün Alternativ" Saksoniya-Anhaltda seçkilərdə inamlı qələbə qazanıb - Almaniya

Dünya xəbərləri Xəbər 6 Sentyabr 2026 22:49 (UTC +04:00)
"Almaniya üçün Alternativ" Saksoniya-Anhaltda seçkilərdə inamlı qələbə qazanıb - Almaniya
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada ölkə üçün mühüm əhəmiyyət daşıyan seçkilər başa çatıb. Bu gün ölkənin şərqində yerləşən Saksoniya-Anhalt federal torpağının sakinləri yerli parlamentə – Landtaqa – deputatlar seçiblər.

Seçkilərin nəticələrinə əsasən, sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ölkə tarixində ilk dəfə federal torpaq səviyyəsində müstəqil hökumət formalaşdıra bilər.

Bu səsvermənin əhəmiyyətini seçici fəallığının son 50 ilə yaxın müddətdə ən yüksək səviyyəyə çatması da göstərir – seçicilərin 76 faizindən çoxu səs verib.

Bakı vaxtı ilə saat 20:00-da seçki məntəqələri bağlandıqdan sonra ilk ekzit-pol nəticələri açıqlanıb. “Almaniya üçün Alternativ” 44,5 faiz səs toplayıb. Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDİ) isə 18,5 faiz səs alıb.

Üçüncü yerdə demokratik sosializm tərəfdarları olan Sol Partiya qərarlaşıb – 9,5 faiz. Onun ardınca “90/Yaşıllar” İttifaqı (sol mərkəzçi, 9 faiz), Almaniya Sosial-Demokrat Partiyası (keçmiş kansler Olaf Şoltsun partiyası, 8 faiz) və “Sahra Vaqenknext İttifaqı” (5 faiz) gəlir.

Hakimiyyət orqanları artıq seçkilərin yekun nəticələrindən sonra mümkün iğtişaşların qarşısını almaq üçün polis qüvvələrini səfərbər edir. Məsələn, “Alternativ”in qələbəsinə etiraz olaraq ifrat sol qüvvələrin küçələrə çıxması və ya seçkilərin saxtalaşdırılmasından şübhələnən “Alternativ” tərəfdarlarının nümayişlər təşkil etməsi ehtimalı nəzərdən keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti