ABŞ Silahlı Qüvvələri İrana məxsus üç tankerə zərbələr endirib

Dünya xəbərləri Materials 5 Sentyabr 2026 19:47 (UTC +04:00)
ABŞ Silahlı Qüvvələri İrana məxsus üç tankerə zərbələr endirib

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regionda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə hücum etməyə cəhd göstərməsindən sonra Amerika hərbçiləri İranın üç neft tankerinə zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yayımladığı açıqlamada məlumat verib.

Bildirilib ki, sentyabrın 5-də SEPAH yerli sularda patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücum etdikdən sonra CENTCOM qüvvələri İranın üç neft tankerini hədəfə alıb.

CENTCOM-un məlumatına görə, İran tərəfindən həyata keçirilən hücumlar ABŞ-ın təyyarədaşıyan gəmisinə və esminesinə zərər yetirməyib, hadisə nəticəsində hərbçilər arasında xəsarət alan olmayıb.

ABŞ qüvvələri Xark adası yaxınlığında "Downy" tankerini, eləcə də Cask şəhəri yaxınlığında "Stark 1" tankerini sıradan çıxarıb. Bundan əlavə, Oman körfəzində heyətə gəmini tərk etmək əmri verildikdən sonra yüksüz vəziyyətdə olan "Kylo" tankerinə bir neçə zərbə endirilib və tanker məhv edilib.

Xəbər lenti

Xəbər lenti