Pentaqon ABŞ hərbçilərini yalan detektorundan keçirir

Dünya xəbərləri Materials 5 Sentyabr 2026 11:29 (UTC +04:00)
Pentaqon ABŞ hərbçilərini yalan detektorundan keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin təxminən 50 hərbi və mülki əməkdaşı məxfi məlumatların mediaya sızdırılması ilə bağlı aparılan araşdırma çərçivəsində poliqraf yoxlamasından (yalan detektorundan) keçirilib.

Bu barədə “The New York Times” məlumat yayıb.

Kütləvi yoxlamalar avqust ayında ABŞ-nin uzaqmənzilli raket və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin ehtiyatlarının azalması barədə məlumatların dərc edilməsindən sonra keçirilib.

Qəzet yazıb ki, ABŞ hökumətinin müstəntiqləri fövqəladə bir addım atıblar.

Pentaqon daxili kadr məsələləri və araşdırmalarla bağlı şərh vermədiyini bildirib. Bununla yanaşı, qurumun nümayəndəsi Şon Parnell vurğulayıb ki, hakimiyyət orqanları milli təhlükəsizliklə bağlı məxfi məlumatların sızdırılması hallarına ciddi yanaşır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti