ABŞ-nin diplomatik səyləri Ukrayna münaqişəsinin həlli üçün yaxşı şans ola bilər - Tramp

Dünya xəbərləri Materials 5 Sentyabr 2026 00:20 (UTC +04:00)
ABŞ-nin diplomatik səyləri Ukrayna münaqişəsinin həlli üçün yaxşı şans ola bilər - Tramp

Bakı. Trend:

ABŞ-nin tərəflər arasında aparacağı vasitəçilik diplomatiyası Ukraynadakı münaqişənin həlli üçün "yaxşı şans" verə bilər.

Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

D. Tramp nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yeni missiya ilə Rusiyaya getdiklərini təsdiqləyib.

Ukraynadakı münaqişənin tənzimlənməsi səylərini şərh edən Tramp: "Onlar möhtəşəm iş nümayiş etdirirlər. Və biz onları nəsə əldə edə biləcəyimizi görmək üçün göndərdik. Və bunu bacarmağımız üçün yaxşı şans ola bilər", — deyə bəyan edib. O, Uitkoff və Kuşneri "iki möhtəşəm danışıqlar aparan şəxs" kimi xarakterizə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti