Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 4 Sentyabr 2026 19:55 (UTC +04:00)
Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ciorcia Meloni bu barədə özünün “X” sosial şəbəkə hesabından paylaşım edib.

"Hörmətli Prezident İlham Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə Sizə təşəkkür edirəm.

İllər ərzində İtaliya və Azərbaycan ortaq baxış və qarşılıqlı maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək istiqamətində birgə gördüyümüz işlərdən böyük qürur duyuram.

Əminəm ki, qarşıdakı dövrdə xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üçün yeni mühüm imkanlar yaranacaq", - Meloninin paylaşımda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti