Paşinyan Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq olunub-olunmayacağına aydınlıq gətirib

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 15:39 (UTC +04:00)
Paşinyan Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq olunub-olunmayacağına aydınlıq gətirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyəcək.

Bu barədə ölkənin baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, respublika rəhbərliyi tərəfindən rusiyalılarla bağlı bu cür yeniliklərin tətbiqi nəzərdə tutulmayıb. O, həmçinin qeyd edib ki, erməni cəmiyyəti hər zaman Rusiyadan gələn qonaqları məmnuniyyətlə qarşılayır.

“Biz Rusiyadan gələn turistləri böyük məmnuniyyətlə qəbul edirik və görürük ki, onlar hazırda Ermənistanın turizm üstünlüklərinin tanıdılmasında çox fəal iştirak edirlər”, – deyə Paşinyan vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti