Bakı. Trend:
ATƏT Parlament Assambleyası (ATƏT PA) ilə Azərbaycan, o cümlədən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti arasında əməkdaşlığın, xüsusilə humanitar minatəmizləmə və digər aktual məsələlər üzrə əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.
Bunu bu gün Bakıya səfər edən ATƏT Parlament Assambleyasının (ATƏT PA) prezidenti Pere Xoan Pons Sampyetro Trend-ə eksklüziv müsahibəsində deyib.
“Beynəlxalq institutlar fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün mühüm platformalardır. Biz Azərbaycanı narahat edən məsələləri dinləməyə və parlamentlərarası qarşılıqlı fəaliyyət imkanlarını öyrənməyə çalışırıq”, – deyə ATƏT PA prezidenti əlavə edib.
O qeyd edib ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti həmişə kifayət qədər fəal olub və onun işində fəal iştirak edib.
“ATƏT PA Azərbaycanın və Avropa və Şimali Amerika ölkələrindən olan parlamentarilərin birbaşa qarşılıqlı əlaqəni davam etdirdiyi azsaylı parlament platformalarından biri olaraq qalır. Bununla əlaqədar açıq dialoq üçün platforma təqdim etməyi davam etdirmək məsuliyyəti bizim üzərimizə düşür. Biz bu məsuliyyəti qəbul edirik. Dialoqun və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bütün konstruktiv təşəbbüsləri alqışlayırıq”, – deyə Sampyetro bildirib.
