Afrikadan Kanar adalarına keçməyə çalışan 80-dən çox miqrant həlak olub

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 17:46 (UTC +04:00)
Afrikadan Kanar adalarına keçməyə çalışan 80-dən çox miqrant həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qərbi Afrikada Qambiyadan Kanar adalarına keçməyə cəhd edən 80-dən çox miqrant, o cümlədən körpə həlak olub.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Miqrantları daşımış qayıq sentyabrın 2-si axşam saatlarında Qran-Kanariya adasından təxminən 120 kilometr aralıda aşkarlanıb. Xilasedicilər qayıqda 44 nəfərin sağ qaldığını müəyyən ediblər. Lakin beş nəfərin meyiti aşkarlanıb.

Əlverişsiz hava şəraiti və sağ qalanlara təcili yardım göstərmək zərurəti səbəbindən xilasedicilər meyitləri qayıqda saxlamaq məcburiyyətində qalıblar.

Altı nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır olduğundan helikopterlə təxliyə edilib. Sağ qalanların sözlərinə görə, səfərin əvvəlində qayıqda 100-dən çox insan olub və onların bir çoxu keçid zamanı həlak olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti