Avropa Parlamenti Ermənistan mallarına tətbiq olunan gömrük rüsumlarının müvəqqəti ləğvini təsdiqləyib

Dünya xəbərləri Materials 4 Sentyabr 2026 15:50 (UTC +04:00)
Avropa Parlamenti Ermənistan mallarına tətbiq olunan gömrük rüsumlarının müvəqqəti ləğvini təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Rusiyanın Ermənistanın ixracına tətbiq etdiyi ticarət məhdudiyyətləri ilə əlaqədar Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə mallara gömrük rüsumlarının müvəqqəti olaraq ləğv edilməsini təsdiqləyib.

Ermənistan KİV-nin məlumatına görə, Avropa Komissiyasının təqdim etdiyi təklif sentyabrın 3-də 35 səslə lehinə, 2 səslə əleyhinə olmaqla (3 nəfər bitərəf qalıb) dəyişiklik edilmədən qəbul olunub.

Təklifə əsasən, Avropa İttifaqı bir sıra Ermənistan mallarına tətbiq olunan gömrük rüsumlarını iki il müddətinə ləğv etməyi planlaşdırır.

Eyni zamanda, Ermənistanın səkkiz növ kənd təsərrüfatı məhsulunun rüsumsuz idxalı üçün kvotaların müəyyənləşdirilməsi nəzərdə tutulur. Bunlara üzüm, ərik, gilas, şaftalı və xiyar daxildir.

Layihədə, həmçinin Ermənistandan idxalın artmasının Avropalı istehsalçılara mənfi təsir göstərəcəyi təqdirdə Aİ-nin zəruri hallarda müdaxilə etməsinə imkan verən qoruyucu mexanizmlər nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti