Tibetdə qar uçqununda ölənlərin sayı 30-u ötüb

Dünya xəbərləri Materials 4 Sentyabr 2026 16:52 (UTC +04:00)
Tibetdə qar uçqununda ölənlərin sayı 30-u ötüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çinin Nepal ilə sərhəddə yerləşən Tibet Muxtar Bölgəsində baş vermiş qar uçqunu ərazisində çinli xilasedicilər 31 nəfərin cəsədini aşkar ediblər, daha 531 nəfər isə itkin düşmüş hesab olunur.

Bu barədə “Jenmin Jibao” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hakimiyyət orqanlarının sərəncamında olan məlumatlar cümə gününə olan vəziyyəti əks etdirir.

Avqustun 26-da Nepalın şimalında güclü sel baş verib. Təbii fəlakətə Çinlə sərhəddə qar uçqununun baş verməsi səbəb olub. Dağ süxurlarından ibarət sel çay yatağı boyunca böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub. Son məlumatlara görə, Nepalda təbii fəlakət nəticəsində 1,3 min nəfər həlak olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti