Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 4 Sentyabr 2026 16:09 (UTC +04:00)
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti