Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp (FOTO)

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 16:05 (UTC +04:00)
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında Hörmüz boğazından neftdaşımalarının bərpa olunaraq günə 18 milyon barrelə çatdığını əks etdirən infoqrafika paylaşıb.

“Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub”, – deyə fotonun üzərində qeyd edilib.

Müqayisə üçün bildirək ki, Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl bu göstərici sutkada 20 milyon barrel təşkil edib.

ABŞ-nin energetika naziri Kris Rayt daha əvvəl CNBC telekanalına müsahibəsində sentyabrın 1-də Hörmüz boğazından neft tədarükünün həcminin 17 milyon barreli keçdiyini bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti