Bakı.Trend:
Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi ölkənin keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qaqik Xaçaturyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Ermənistan KİV-in yazdığına görə, Xaçaturyan ötən gün saxlanılıb. Səhhətində yaranan problemlər səbəbindən o, məhkəməyə xərəkdə gətirilib.
Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, cinayət işi xüsusilə külli miqdarda rüşvət alma və pul vəsaitlərinin yuyulması ilə bağlıdır.
Xaçaturyan 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinə rəhbərlik edib, 2014-2016-cı illərdə isə Ermənistanın maliyyə naziri vəzifəsini tutub.
