Azərbaycan innovasiyanın inkişafında mühüm mərhələdədir - Alfredo Soria

İqtisadiyyat Materials 2 Sentyabr 2026 10:18 (UTC +04:00)
Azərbaycan innovasiyanın inkişafında mühüm mərhələdədir - Alfredo Soria
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hazırda inkişaf baxımından mühüm mərhələdədir və startaplar, sahibkarlıq, innovasiya, eləcə də açıq innovasiya bu inkişafı irəli aparan əsas amillər sırasındadır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda “Plug and Play” şirkətinin regional direktoru Alfredo Soria jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Plug and Play” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), həmçinin ADY və Bakı Metropoliteni kimi dövlət müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda innovasiyanın inkişafına töhfə verməyi hədəfləyir.

“Azərbaycan hazırda inkişafı baxımından mühüm bir mərhələdədir. Startaplar, sahibkarlıq, innovasiya və açıq innovasiya bu inkişafı irəli aparan əsas amillərdir. Bu gün keçirilən sessiyalar bütövlükdə ekosistemin və korporasiyaların inkişafına kömək edir”, – Alfredo Soria bildirib.

Onun sözlərinə görə, bu cür təşəbbüslər həm kiçik və orta biznes subyektlərinə, həm də iri müəssisələrə innovasiya fəaliyyətlərini genişləndirmək üçün mühüm mesaj verir.

Regional direktor qeyd edib ki, “Plug and Play” kimi beynəlxalq platformaların rolu qlobal təcrübəni və yeni yanaşmaları yerli bazara gətirməkdən ibarətdir.

“Dövlət müəssisələrində innovasiyanın inkişafına dəstək vermək, sahibkarlıqla innovasiya arasındakı boşluğu aradan qaldırmaq baxımından burada böyük imkanlar görürük. İRİA ilə tərəfdaşlığımız bu istiqamətdə real irəliləyiş əldə etməyə imkan verir”, – o vurğulayıb.

Alfredo Soria əlavə edib ki, innovasiya yalnız korporativ strukturlar daxilində qapalı şəkildə inkişaf etdirilə bilməz.

“İnnovasiya açıq olmalıdır. Korporasiyalar ekosistemlə fəal əməkdaşlıq etməli, hara getmək istədikləri ilə bağlı aydın baxış formalaşdırmalıdırlar. Eyni zamanda, qarşıya qoyulan innovasiya məqsədlərinə necə nail olunacağını müəyyən edən konkret çərçivə yaradılmalıdır”, – o deyib.

Soria vurğulayıb ki, korporativ innovasiyanın məqsədi yalnız maliyyə nəticələri əldə etmək deyil, həm də real təsir yaratmaqdır.

“Əsas məsələ xidmət göstərdiyiniz insanlar üçün təsir yaratmaq, onlara ən yaxşı xidmətləri təqdim etmək və maksimum dəyər qazandırmaqdır”, – “Plug and Play”in regional direktoru bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti