Bakı. Trend:
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və
səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, dağlarda
gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.
