BMT-yə alternativ yoxdur - Tokayev

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 16:02 (UTC +04:00)
BMT-yə alternativ yoxdur - Tokayev
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek.Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) alternativi yoxdur.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə keçirilən “ŞƏT+” formatında yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq institutların vaxtında yenilənməsi onların səmərəliliyinin təmin edilməsi üçün zəruri şərtdir.

“Birləşmiş Millətlər Təşkilatının ünvanına çoxsaylı tənqidlər səslənir. Bu tənqid hətta müəyyən dərəcədə əsaslı olsa belə, əsas məqamı dəyişmir: bu təşkilatın alternativi yoxdur”, - deyə Tokayev bildirib.

Prezident qeyd edib ki, ümumi vəzifə təşkilatın möhkəmləndirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.

“Birləşmiş Millətlər Təşkilatının regional formatlarla, o cümlədən, əlbəttə ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə sıx qarşılıqlı fəaliyyəti də bu məqsədə xidmət edir. Qazaxıstan hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sistemin nüvəsi olaraq qalmalı, onun Nizamnaməsi isə beynəlxalq hüququn universal təməli olmalıdır. Kəskin geosiyasi gərginlik şəraitində Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolunun qorunması və gücləndirilməsi xüsusilə vacibdir”, - deyə Tokayev bildirib.

Prezident həmçinin vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının institusional yenilənməsi preventiv diplomatiyanın gücləndirilməsi olmadan mümkün deyil. Onun sözlərinə görə, münaqişələrin qarşısının alınması və mübahisələrin dinc yolla həlli mədəniyyətinin formalaşdırılması üçün kollektiv səylər tələb olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti