Bakı. Trend:
Nepalda güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 127 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinin məlumatlarına istinadən xəbər verib.
Daha əvvəl 1 056 nəfərin öldüyü bildirilib. 4,5 min nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək ki, avqustun 26-da Nepalın şimalında güclü sel baş verib. Təbii fəlakətə “Rasuvaqadhi” sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə, Çinlə sərhəddə qar uçqununun baş verməsi səbəb olub.