"Beşiktaş" "Çorum"u 6:2 hesabı ilə darmadağın edib, Vlahoviç het-trikə imza atıb

İdman Xəbər 1 Sentyabr 2026 03:20 (UTC +04:00)
"Beşiktaş" "Çorum"u 6:2 hesabı ilə darmadağın edib, Vlahoviç het-trikə imza atıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Super Liqasının 3-cü turu çərçivəsində "Beşiktaş" İstanbulda yerləşən "Tüpraş" stadionunda "Çorum" komandasnı qəbul edib.

Qarşılaşmada meydan sahibləri 6:2 hesabı ilə inamlı qələbə qazanıblar.

Matçın 9-cu dəqiqəsində "Beşiktaş"ın vingeri Vatslav Çerni hesabı açıb. 43-cü dəqiqədə İstanbul klubunun yeni transferi Duşan Vlahoviç penaltidən vurduğu zərbə ilə komandasının üstünlüyünü iki topa çatdırıb. 52-ci dəqiqədə "Çorum"un yarımmüdafiəçisi Məhəmməd Diomande baxımlı qola imza ataraq fərqi azaldıb. 59-cu dəqiqədə Vlahoviç dubl edib, 66-cı dəqiqədə isə üçüncü qolunu vuraraq het-trikə imza atıb. 73-cü dəqiqədə yarımmüdafiəçi İlhan Fakılı "qara qartallar"ın beşinci qolunu vurub. 77-ci dəqiqədə bosniyalı Ermin Mahmiç qollardan birinin əvəzini çıxıb. 83-cü dəqiqədə İstanbul klubunun müdafiəçisi Amir Murilyo qarşılaşmada yekun hesabı müəyyənləşdirib.

Yay transfer pəncərəsində "Yuventus"dan "Beşiktaş"a keçən Vlahoviç üçün bu qollar yeni klubunda ilk qollar olub. Komanda üç oyundan sonra 6 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti