Bakı. Trend:
İsrailin 200-dən çox tanınmış ictimai xadimi, o cümlədən keçmiş yüksək vəzifəli İsrail məmurları və hərbçiləri iyun ayında İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətinə müraciət edərək İordan çayının Qərb sahilindəki hərbi əməliyyatlara son qoyulmasını tələb edən məktub imzalayıb.
Bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müraciəti imzalayanlar arasında iki keçmiş baş nazir, istefada olan ordu və Hərbi Hava Qüvvələrinin 30-dan çox generalı, xarici və daxili kəşfiyyat xidmətlərinin keçmiş rəhbərləri, ravvinlər, Nobel mükafatı laureatı və tanınmış israilli yazıçı olub. Həmçinin Netanyahunun hökumətini fəaliyyətsizlikdə və İsrail Müdafiə Ordusunun (SAXAL), "Şin-Bet" təhlükəsizlik xidmətinin və polisin də cəlb olunduğu siyasəti məqsədyönlü şəkildə həyata keçirməkdə ittiham ediblər.
Qəzetin qeyd etdiyinə görə, belə böyük sayda yüksək vəzifəli şəxsin bu cür ittihamlarla çıxış etməsi "demək olar ki, misli görünməmiş haldır".
