Hörmüz boğazında tanker üç mərmi ilə vurulub

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 05:27 (UTC +04:00)
Hörmüz boğazında tanker üç mərmi ilə vurulub
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Oman sahilləri yaxınlığında tanker hücuma məruz qalıb. Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmilərinin Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilir.

“UKMTO Khasabdan (Oman) 17 dəniz mili şərqdə baş vermiş insident barədə məlumat alıb. Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən tanker naməlum mənşəli üç mərmi ilə vurulub”, — koordinasiya mərkəzindən bildirilib.

UKMTO-nun məlumatına görə, ekipajın vəziyyəti təhlükəsizdir və ətraf mühitə dəyən zərər barədə məlumat yoxdur.

Hadisə ilə bağlı digər təfərrüatlar, o cümlədən gəminin adı və qeydiyyat limanı açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti