BMT Baş katibi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsini artırmağa çağırıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 16:37 (UTC +04:00)
BMT Baş katibi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsini artırmağa çağırıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek.Trend:

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini artırmaq və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək zəruridir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bişkekdə keçirilən “ŞƏT plus” formatında görüşdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya temperaturun 1,5 dərəcə Selsi həddini keçməsinə doğru irəliləyir.

“Bu həddi aşmanın cüzi və müvəqqəti olması üçün emissiyaları kəskin şəkildə azaltmalı və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməli, eyni zamanda bundan təsirlənən icmaları və işçiləri dəstəkləməliyik”, - deyə Quterreş bildirib.

O vurğulayıb ki, iqlim tədbirləri iqlim ədaləti və inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli dərəcədə daha çox maliyyə dəstəyi ilə müşayiət olunmalıdır.

“İqlim tədbirləri inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli dərəcədə daha yüksək maliyyə dəstəyinin təmin edilməsi ilə iqlim ədalətini tələb edir”, - deyə BMT-nin Baş katibi bildirib.

Quterreş, həmçinin əlavə dəyərin istehsalçı ölkələrdə artırılması şərtilə kritik əhəmiyyətli faydalı qazıntıların məsuliyyətli və dayanıqlı idarə olunmasının zəruriliyini qeyd edib. “Kritik əhəmiyyətli faydalı qazıntılar istehsalçı ölkələrdə əlavə dəyərin artırılması ilə məsuliyyətli və dayanıqlı şəkildə idarə olunmalıdır. Daha talanlara yol verilməməlidir”, - deyə o bildirib.

Bundan əlavə, BMT-nin Baş katibi enerji keçidindən təsirlənən icmaların və işçilərin dəstəklənməsinin zəruriliyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti