Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anasının dəfn mərasimində iştirak edib (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2026 16:33 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anasının dəfn mərasimində iştirak edib (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Rövşən İsrafilovun anası Lazifə İsrafilova vəfat edib.

Şəhid anasının dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Elnur Rzayev mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib. Rayon rəhbəri qeyd edib ki, şəhidlərimizin və onların ailə üzvlərinin xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur.

Mərhum Lazifə İsrafilova Qobuqıraq kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti