Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanların SİYAHISI

Cəmiyyət Materials 1 Sentyabr 2026 16:41 (UTC +04:00)
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanların SİYAHISI
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

1-25 sentyabr tarixində Qazaxda, Şirvanda, Xaçmazda, Biləsuvarda, Goranboyda, Göyçayda, Zaqatalada, Mərdəkanda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə ASAN Xidmət məlumat yayıb.

Bildirilib ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.


Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti