Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

Siyasət Materials 1 Sentyabr 2026 14:45 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek.Trend:

Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı səsləndirib.

“Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti