Bakı. Trend:
Sabah Xəzər rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə bağlı aparılacaq işlərdir.
Bildirilib ki, sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
