Nepalda dağıdıcı seldən ölənlərin sayı 1000-ə yaxınlaşır

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 09:56 (UTC +04:00)
Nepalda dağıdıcı seldən ölənlərin sayı 1000-ə yaxınlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nepalda güclü sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 987 nəfərə çatıb.

Bu barədə Çinin CCTV telekanalı Nepalın Fəlakət Risklərinin Azaldılması və Fəsadların Aradan Qaldırılması üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.

Yerli vaxtla sentyabrın 1-i saat 09:00-a (Bakı vaxtı ilə 07:15) olan məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 987 nəfərə çatıb.

Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumatlara görə,sel və daşqınlara səbəb Çinlə sərhəddə, "Rasuvagadhi" sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqunu olub. Su, palçıq və dağ süxurlarından ibarət güclü axın çay yatağı boyunca böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti