Bakı. Trend:
ABŞ qüvvələri İranın hərbi obyektlərinə növbəti zərbələr silsiləsini başa çatdırıb. Hücumların hədəfi hava hücumundan müdafiə vasitələri, radarlar və rabitə məntəqələri olub.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
“CENTCOM qüvvələri sentyabrın 1-də İranın hərbi hədəflərinə qarşı zərbələr dalğasını uğurla başa çatdırıb. ABŞ Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəfləri, o cümlədən hava hücumundan müdafiə obyektləri, radarlar, dəniz vasitələri və obyektləri, mina yerləşdirmə vasitələri, eləcə də rabitə obyektlərinə zərbələr endirib”, - deyə bildirilib.
