Qazaxıstanda əcnəbilər üçün ödənişli elektron giriş icazəsi tətbiq ediləcək

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 16:31 (UTC +04:00)
Qazaxıstanda əcnəbilər üçün ödənişli elektron giriş icazəsi tətbiq ediləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstan noyabrın 1-dən etibarən əcnəbilərin, o cümlədən Rusiya vətəndaşlarının ölkəyə girişi üçün icbari ödənişli elektron icazələr tətbiq edəcək.

Ölkəyə girişin yeni qaydaları barədə təfərrüatları Serbiyanın Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, icbari elektron icazələrin tətbiqinə mərhələli şəkildə başlanacaq.

“Electronic Travel Authorization” (ETA) elektron icazəsi Qazaxıstanın “QazETA” rəqəmsal platforması vasitəsilə veriləcək. İcazənin alınması üçün səfərdən ən azı 72 saat əvvəl müraciət edilməlidir. İcazə 180 təqvim günü müddətinə verilir və bu müddət ərzində ölkəyə bir neçə dəfə giriş imkanı verir.

“QazETA” vasitəsilə müraciət zamanı icazənin rəsmiləşdirilməsi üçün ödənişin 3 900 təngə (təxminən 14.48) təşkil edəcəyi gözlənilir. Sərhəddə rəsmiləşdirmə isə iki dəfə baha - 7 800 təngə (təxminən 28.96 avro) olacaq.

İcazələrin tətbiqinin mərhələləri ilə bağlı məlum olanlar:

Avqustun 25-dən noyabrın 1-dək yeni sistem sınaq rejimində fəaliyyət göstərəcək. Bu müddət ərzində əcnəbilər icazə almadan ölkəyə buraxılacaq. Sərhədçilər xəbərdarlıq edəcəklər ki, növbəti giriş üçün belə icazə tələb olunacaq.

Noyabrın 1-dən elektron icazə Qazaxıstana təyyarə ilə gələnlər üçün icbari olacaq.

Noyabrın 15-dən avtomobil və ya avtobusla Avrasiya İqtisadi İttifaqının xarici sərhədini - yəni Qazaxıstanın Çin, Türkmənistan və Özbəkistanla sərhədini keçən şəxslərdən icazə tələb olunacaq.

Noyabrın 30-dan tələb Aİİ-nin daxili sərhədlərində - Rusiya və Qırğızıstanla sərhəddə avtomobil keçid məntəqələrinə də şamil ediləcək.

Dekabrın 15-dən ölkəyə qatarla və dəniz yolu ilə gələnlər üçün icazə məcburi olacaq.

Xatırladaq ki, Qazaxıstanın vizasız rejim tətbiq etdiyi ölkələrin vətəndaşları üçün ölkəyə girişə ödənişli elektron icazələr tətbiq edəcəyi barədə avqustun əvvəlində məlumat yayılmışdı. Müvafiq qərar layihəsini Qazaxıstanın Daxili İşlər Nazirliyi dərc etmişdi. Nazirlik bildirmişdi ki, icazələr 2026-cı ilin avqust-dekabr ayları ərzində mərhələli şəkildə tətbiq ediləcək. Həmin vaxt icazələrin tətbiqi mərhələləri və qiyməti barədə rəsmi məlumat açıqlanmamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti