Bakı. Trend:
Avropa İttifaqının hərbi-dəniz qüvvələri Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən neft tankerini saxlayıb.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas rəsmi “X” səhifəsində məlumat yayıb.
“Beynəlxalq dəniz hüququnu pozaraq saxta bayraq altında üzdüyü ehtimal edilən MV SUN neft tankeri bayrağının yoxlanılması məqsədilə avqustun 30-da Aralıq dənizində “EUNAVFOR MED IRINI” (İrini əməliyyatı) əməliyyatının qüvvələri tərəfindən yoxlanılıb.
Bu, son aylarda Aİ əməliyyatları tərəfindən yoxlanılan kölgə donanmasına aid olduğu ehtimal edilən altıncı gəmidir.
Kölgə donanmasına qarşı tədbirlər çərşənbə axşamı Aİ-nin müdafiə nazirləri İrlandiyada bir araya gəldikdə müzakirə ediləcək məsələlər sırasında olacaq”, - deyə məlumatda qeyd olunur.
Kallasın sözlərinə görə, kölgə donanmasına daxil olan gəmilərdən qanunsuz neft satışı Rusiyanın Ukraynada apardığı müharibə üçün həyati əhəmiyyət daşıyan maliyyə mənbəyidir və Aİ bu satışların qarşısını almaqda davam edəcək.
Kallas əməliyyatdan fotoşəkillər də paylaşıb.
