Bakı. Trend:
Azərbaycan Premyer Liqasının üçüncü turunda "Sumqayıt" "Qarabağ"ı qəbul edib.
"SOCAR Polymer Arena"da keçirilən qarşılaşma saat 20:15-də start götürüb. Matçı baş hakim Fərid Hacıyev idarə edib.
"Qarabağ" minimal hesablı qələbə qazanaraq səfərdən 3 xalla qayıdıb. "Qarabağ"ın heyətində Jali Muaddib fərqlənib. O, 45-ci dəqiqədə penalti zərbəsi ilə "Sumqayıt"ı məyus edib.
Qeyd edək ki, oyunun 30-cu dəqiqəsində "Qarabağ"ın kapitanı Kadi Borqes qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
