Hindistanda fişəng zavodunda baş verən partlayış nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Materials 31 Avqust 2026 21:26 (UTC +04:00)
Hindistanda fişəng zavodunda baş verən partlayış nəticəsində 11 nəfər ölüb

Bakı. Trend:

Hindistanın şimalında Uttar-Pradeş ştatının Kauşambi rayonunda fişəng istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 11 nəfər, o cümlədən səkkiz uşaq ölüb.

Bu barədə polis məlumat yayıb.

Partlayış nəticəsində yaxınlıqdakı bir neçə ev uçub. Hindistan mediasının məlumatına görə, ölənlərin əksəriyyəti həmin evlərdə yaşayırmış.

"Hindustan Times" qəzetinin yazdığına görə, ölən uşaqların yaşı 4-13 arasında olub. Polis əməkdaşı Satnarayan Prajapat ölənlərin sayını təsdiqləyib.

Hindistanda sənaye müəssisələrində baş verən qəzalara tez-tez rast gəlinir və buna səbəb kimi çox vaxt təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir.

Mart ayında fişəng istehsal edən zavodda baş verən yanğın nəticəsində 17 nəfər ölüb. Apreldə isə fişəng anbarında yanğın baş verməsi nəticəsində səkkiz nəfər həyatını itirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti