Bakıda telefon və avtomobil mühərriki oğurlayan şəxslər saxlanılıb

Hadisə Materials 31 Avqust 2026 16:03 (UTC +04:00)
Bakıda telefon və avtomobil mühərriki oğurlayan şəxslər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən obyektlərin birindən 800 manat dəyərində mobil telefon oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən edilib.

Həmçinin Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən 3 ədəd avtomobil mühərriyi oğurlamaqda şübhəli bilinən 63 yaşlı İ.Səfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti