Şuşa-Laçın yolunda faciə: İki şirkət əməkdaşı həyatını itirib

Hadisə Materials 31 Avqust 2026 19:18 (UTC +04:00)
Şuşa-Laçın yolunda faciə: İki şirkət əməkdaşı həyatını itirib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Qarabağ. Trend:

Şuşa-Laçın avtomobil yolunda aparılan tikinti-qazıntı işləri zamanı bədbəxt hadisə baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər zamanı qeydə alınıb.

Belə ki, “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.” şirkətində çalışan topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə qazıntı işləri zamanı həyatlarını itiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin başvermə səbəbləri və digər hallar hazırda prokurorluq tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti