Tramp NBC-nin tanınmış jurnalistinə töhmət vermək və ya cəzalandırmaq istəyir

Dünya xəbərləri Materials 30 Avqust 2026 20:58 (UTC +04:00)
Tramp NBC-nin tanınmış jurnalistinə töhmət vermək və ya cəzalandırmaq istəyir
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp aralıq seçkiləri ərəfəsində onun dəstəklədiyi namizədlərin mediada işıqlandırılmasından narazı qalaraq NBC telekanalının jurnalistlərindən biri barədə ABŞ-nin Federal Rabitə Komissiyasına (FCC) şikayət etmək niyyətində olduğunu açıqlayıb.

“Meet the Press” kimi vaxtilə nüfuzlu olan, indi isə “Meet the Fake Press” adlandırılan proqramın populyar olmayan aparıcısı Kristen Uelker indicə Donald Trampın dəstəklədiyi namizədlərlə bağlı “qarışıq nəticələr” əldə etdiyini bildirib", – deyə ABŞ prezidenti özünün Truth Social hesabında yazıb.

"Bu qəsdən yol verilmiş qeyri-dəqiqliyə görə o, töhmət və ya cəza üçün FCC-yə təqdim ediləcək", – deyə Tramp əlavə edib.

Respublikaçı milyarder bir neçə qəzetə qarşı məhkəmə iddiaları qaldırıb, administrasiyası isə Pentaqondan FTB-yə qədər jurnalistlərə qarşı məhdudiyyətləri və təzyiq cəhdlərini artırıb. Lakin bu təşəbbüslər media qruplarının və iri televiziya şəbəkələrinin artan müqaviməti ilə üzləşir. Onlardan bir neçəsi FCC-yə qarşı məhkəmə iddiaları qaldıraraq bu təzyiqlərin ifadə azadlığını təmin edən ABŞ Konstitusiyasının Birinci Düzəlişinə zidd siyasi qisas olduğunu bildiriblər.

Donald Tramp ilə Kristen Uelker arasında münasibətlər daha əvvəl də bir neçə dəfə açıq qarşıdurma ilə müşayiət olunub. İyunun əvvəlində ABŞ prezidenti jurnalistin verdiyi müsahibəni gərgin söhbətdən sonra qəfil yarımçıq dayandırıb. Tramp aparıcının, xüsusilə İranla bağlı bir sıra suallarından narazı qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti