Ərdoğan və Putin Bişkekdə Zirvə toplantısında görüş keçirəcəklər

Dünya xəbərləri Materials 29 Avqust 2026 05:21 (UTC +04:00)
Ərdoğan və Putin Bişkekdə Zirvə toplantısında görüş keçirəcəklər
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək.

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq.

Danışıqlar zamanı Qara dənizdəki vəziyyət, həmçinin Ukrayna ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Tərəflər, eyni zamanda, Türkiyə-Rusiya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini nəzərdən keçirəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti