Bakıda idman qidaları mağazasında qanunsuz idxal edilən 645 BAQM aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2026 15:52 (UTC +04:00)
Bakıda idman qidaları mağazasında qanunsuz idxal edilən 645 BAQM aşkarlanıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən “Proteinshop.az” idman qidaları satışı mağazasında keçirilən plandankənar yoxlama zamanı 645 ədəd bioloji aktiv qida məhsulunun (BAQM) qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA tərəfindən H.Cavid prospekti, ev 37 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Vilayət Əli oğluna məxsus “Proteinshop.az” mağazasında plandankənar yoxlama keçirilib:

"Yoxlama zamanı ticarət obyektində 20 adda 645 ədəd BAQM-nin qeyri-rəsmi yollarla və müvafiq sənədləşmə aparılmadan ölkə ərazisinə gətirildiyi məlum olub. Məhsulların dövlət qeydiyyatı və idxal sağlamlıq aktları, həmçinin Azərbaycan dilində etiket məlumatları olmadan satışa çıxarıldığı aşkarlanıb.

Bundan əlavə, dövlət qeydiyyatı olan, lakin partiya nömrəsi üzrə idxal sağlamlıq aktı olmayan 4 adda 29 ədəd BAQM də müəyyən edilib.

Məhsulların tərkibində qadağan olunmuş maddələrin mövcudluğunun, eləcə də etiket məlumatlarında göstərilən mineral və vitaminlərin miqdarının faktiki tərkibinə uyğunluğunun müəyyən edilməsi məqsədilə nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı inzibati protokol tərtib edilib. Qanunvericiliyin tələblərinə cavab verməyən BAQM-ların satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti