Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bərgüşadçay su anbarının tikintisi (II mərhələ) çərçivəsində “təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi (2-ci hissə)” işlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 10 000 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 14 oktyabr 2026-cı il saat 12:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 14 oktyabr saat 17:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 55 225 12 31
Əlaqədar şəxs: Yusif Hüseynov
Email: [email protected]
Ünvan: AZ1102, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MOSKVA PROSPEKTİ, ev.69A
