Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində özünün hazırladığı ABŞ liderlərinin reytinqini dərc edib.
O, özünü siyahının başında ayrıca olaraq “Ən böyük prezidentlər” kateqoriyasına daxil edib.
Tramp “böyük” prezidentlər sırasına Abraham Linkolin, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonu daxil edib.
ABŞ-nin “uğursuz” prezidentləri sırasında isə Co Bayden, Barak Obama, Uillis Qrant, Uorren Hardinq və Cimmi Karter yer alıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın hazırkı səlahiyyət müddəti 20 yanvar 2029-cu ildə başa çatacaq.
