BDYPİ sürücüləri yuxulu halda avtomobil idarə etməməyə çağırıb (VİDEO)

Hadisə Materials 27 Avqust 2026 17:38 (UTC +04:00)
BDYPİ sürücüləri yuxulu halda avtomobil idarə etməməyə çağırıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son günlər sürücülərin sükan arxasında yuxulaması ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təkrarlanması ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən bildirilib ki, növbəti belə hadisə Balakən rayonunda qeydə alınıb.

Sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb, avadanlığa isə ziyan dəyib.

Qeyd olunub ki, yuxululuq yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən ciddi risk amilidir. Belə vəziyyətdə diqqətin və reaksiyanın zəifləməsi, hətta qısa müddətli mürgüləmə belə avtomobil üzərində nəzarətin itirilməsinə səbəb ola bilər.

BDYPİ sürücüləri yorğun və yuxulu halda nəqliyyat vasitəsini idarə etməməyə, yuxululuq hiss etdikdə isə hərəkəti davam etdirmədən təhlükəsiz yerdə dayanaraq istirahət etməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti