ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Amerika tarixinin "qara ləkə"sidir - Rubio

Dünya xəbərləri Materials 27 Avqust 2026 10:42 (UTC +04:00)
ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Amerika tarixinin "qara ləkə"sidir - Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Keçmiş prezident Co Baydenin rəhbərliyi altında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Amerika tarixinin “qara ləkə"sinə çevrilib.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanata görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Bayden administrasiyasının Əfqanıstandan qoşunları acınacaqlı şəkildə çıxarması ölkəmizin tarixində qaranlıq ləkə olaraq qalır”, — deyə Rubio bildirib.

Dövlət katibi bu bəyanatla Kabuldakı hava limanının “Abbey Gate” (Abbey darvazası) girişində törədilmiş terror aktının beşinci ildönümü ilə bağlı çıxış edib.

Xatırladaq ki, sözügedən terror aktı nəticəsində 13 ABŞ hərbçisi və 160-dan çox əfqanıstanlı mülki şəxs həlak olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti