Tramp Kanadada yerləşən gölün adını dəyişdi - FOTO

Dünya xəbərləri Materials 27 Avqust 2026 15:37 (UTC +04:00)
Tramp Kanadada yerləşən gölün adını dəyişdi - FOTO
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ və Kanada arasında soyuq yellərin əsməsi fonunda Birləşmiş Ştatların Prezidenti Donald Tramp Kanadada yerləşən Ontario gölünün fərqli şəkildə adlandırılacağını bəyan edib.

Bu barədə onun rəsmi “TikTok” səhifəsində videomüraciəti paylaşılıb.

“Beləliklə, bu, Kanada və ABŞ ərazisində yerləşən Ontario gölüdür. Amma biz kiçik dəyişiklik edəcəyik və onu Ontario yox, başqa cür adlandıracağıq. Biz onu Amerika gölü adlandıracağıq”, – deyə ABŞ lideri bildirib.

Daha sonra Tramp çap olunmuş xəritəni götürərək markerlə gölün mövcud adının üzərindən xətt çəkib və iri hərflərlə “Amerika gölü” yazıb.

Bundan əvvəl ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində ABŞ-nin Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini yazmışdı. O, bunun səbəbi kimi Vaşinqtonun Kanadanın Ontario əyaləti ilə gələcəkdə biznes əlaqələrini davam etdirəcəyini gözləmədiyini göstərmişdi. Tramp həmçinin Kanada rəhbərliyinin nümayəndələrini “təlxəklər” adlandırıb və Vaşinqtonla Ottava arasında münasibətlərin ciddi şəkildə pisləşəcəyi ilə hədələyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti