Almaniya iqtisadiyyatı ikinci rübdə artıb

Dünya xəbərləri Materials 26 Avqust 2026 03:57 (UTC +04:00)
Almaniya iqtisadiyyatı ikinci rübdə artıb

Bakı. Trend:

Almaniya iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.

Federal Statistika İdarəsinin məlumatına görə, bu göstərici gözləntilərdən bir qədər yüksək olub və ardıcıl üçüncü rübdə iqtisadi artım qeydə alınıb. Böyümənin əsas səbəbi ixracın müsbət dinamikası olub. Hesabat dövründə mal və xidmətlərin ixracı əvvəlki üç ayla müqayisədə 2 faiz artıb.

Bununla yanaşı, Almaniyanın büdcə kəsiri artıb. Məlumata əsasən, ilin birinci yarısında dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 3,1 faizini təşkil edib.

Bu göstərici Avropa İttifaqının Maastrixt meyarları ilə müəyyənləşdirilən 3 faizlik həddi bir qədər üstələyib.

Xəbər lenti

Xəbər lenti