Bakı. Trend:
Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə avqustun 23-də saat 23:00 radələrində Yusif Səfərov küçəsində qeydə alınıb.
Pərviz Rəsulov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi ilə yolu keçən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
