Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

Dünya xəbərləri Materials 24 Avqust 2026 13:05 (UTC +04:00)
Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə hökumət proqramını təqdim edərkən Rusiya ilə münasibətlərin dəyişməsinin qaçılmaz olduğunu bildirib.

Ermənistan KİV-in yaydığı məlumata görə, onun sözlərinə görə, bu proses birbaşa Azərbaycanla sülhün əldə olunması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır.

Ermənistan hökumətinin başçısı müxtəlif geosiyasi şəraitlərdə iki ölkə arasındakı münasibətlərin xarakterinin fərqli olduğunu vurğulayıb.

“Ermənistan və Rusiya münasibətləri üçün münaqişə şəraitində bir vəziyyət var, Ermənistan və Azərbaycan arasında sülh şəraitində, həmçinin Ermənistan-Türkiyə münasibətlərində gərginliyin olmadığı və müsbət perspektivin göründüyü bir şəraitdə isə tamamilə başqa vəziyyət yaranır”, – deyə Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, obyektiv və subyektiv səbəblərə görə Moskva ilə əməkdaşlıq son iki əsr ərzində Rusiyanın erməni xalqının və Ermənistan Respublikasının təhlükəsizliyinin əsas təminatçısı olması təsəvvürü üzərində qurulub.

Ermənistanın baş naziri əlavə edib ki, Rusiyanın bu funksiyaları yerinə yetirmək öhdəliyinə sadiq olduğuna şübhə etmir. Lakin onun sözlərinə görə, 2021, 2022 və 2023-cü illərdə baş verən hadisələr Moskvanın “bəzən bu rolu yerinə yetirmək imkanlarında məhdudiyyətlərə malik ola biləcəyini” açıq şəkildə göstərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti