Özbəkistan və Azərbaycanın bank sektorları təcrübə mübadiləsini genişləndirir - Hamkorbank (Özəl)

İqtisadiyyat Materials 24 Avqust 2026 15:34 (UTC +04:00)
Özbəkistan və Azərbaycanın bank sektorları təcrübə mübadiləsini genişləndirir - Hamkorbank (Özəl)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistan və Azərbaycan bank və maliyyə strukturları, o cümlədən beynəlxalq platformalar vasitəsilə qarşılıqlı əlaqələri genişləndirir. Bu platformalarda iki ölkənin nümayəndələri maliyyə sektorunun inkişafı və təcrübə mübadiləsi imkanlarını müzakirə edirlər.

Bu barədə "Hamkorbank"ın məhsullar üzrə marketinq meneceri Əzizə Normurodova Trend-in xüsusi müxbirinə "Silk Road Finance & Technology" Forumununda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın nümayəndələrinin Özbəkistanın maliyyə sektoru ilə bağlı tədbirlərdə iştirakı aktual məsələlərin müzakirəsi və peşəkar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

“Hazırda Özbəkistan Avrasiyanın digər ölkələri, məsələn, Azərbaycan kimi bank sektorunu getdikcə daha çox inkişaf etdirir. Belə platformalarda görüşmək və maliyyə sektorunun inkişafı üçün hansı çağırışların və imkanların mövcud olduğunu müzakirə etmək çox vacibdir”, - deyə Normurodova bildirib.

O qeyd edib ki, ölkələr arasında qarşılıqlı fəaliyyət maliyyə sektorunun nümayəndələrinə praktiki təcrübə mübadiləsi aparmağa və əməkdaşlığın gələcək istiqamətlərini müzakirə etməyə imkan verir.

“Maliyyə sektoru iqtisadi inkişafın müəyyən göstəricisidir. Avrasiya ölkələri arasında ikitərəfli əlaqələrin qurulması vacibdir ki, hara doğru irəliləməli olduğumuzu və ikitərəfli münasibətləri necə inkişaf etdirə biləcəyimizi anlayaq”, - deyə o vurğulayıb.

Özbəkistan və Azərbaycan arasında əməkdaşlıqdan danışan Normurodova iki ölkənin biznes və maliyyə sektorlarının nümayəndələri arasında əlaqələrin və razılaşmaların olduğunu qeyd edib.

Normurodova həmçinin Mərkəzi Asiya və Avrasiya ölkələrinin nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirlərin işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

“Ölkələr bir platformada bir araya gəldikdə və təcrübələrini açıq şəkildə bölüşdükdə, bu, yeni peşəkar və işgüzar əlaqələr üçün əsas yaradır. Nəticədə, belə əlaqələr ölkələr arasında maliyyə əməkdaşlığının daha da inkişafına töhfə verir”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti