Bakı. Trend:
İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:
"Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub".
Qeyd edilib ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.
"Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb", - deyə məlumatda bildirilib.
Məhsullarda aşkarlanmış uyğunsuzluqlar aşağıdakılardır:
|
№ |
İdxalçı şirkət |
İstehsalçı şirkət |
Məhsulun adı |
Aşkarlanmış uyğunsuzluq |
Məhsulun istehsal və son istifadə tarixi |
|
1 |
“Herba Flora” MMC |
Zhejiang Chunli Tea Co., LTD |
yaşıl çay |
Pestisid qalığı (Dinotefuran) |
01.09.2025 - 01.09.2028 |
|
2 |
Feng Jiang |
Chen Keming Food Co., LTD |
əriştə |
Kif və maya göbələkləri |
17.12.2025 - 17.12.2027 |
|
3 |
“Premium Food Baku” MMC |
Yantai Yuji Foodstuff Co., LTD |
panko çörək qırıntıları |
Kif və maya göbələkləri |
06.01.2026 - 05.01.2028 |
|
4 |
“Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC |
Tianjn Xingda Heping Food Co., LTD |
əriştə |
Kif və maya göbələkləri |
09.11.2025 - 09.11.2027 |
