Salyanda ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 25 Avqust 2026 23:54 (UTC +04:00)
Salyanda ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axşam saatlarında Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınan qəza zamanı "Toyota" və "Opel" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Neftçala rayon sakini 64 yaşlı Naib Məhəmməd oğlu Hüseynov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti